SƏSİN və ÖZÜN


 

Cəlilabad: Siyasi yoxluq və yeniliyə salam

Partiyaların halı

Missiyaları kim diqtə edir

Sabah nə olacaq

Yeniliyə addım

                                               1-ci yazı

 

Görünən kənd....

Cəlilabadın siyasi mühiti a-dan b-ə mənim üçün tam tanışdır. Ölkədə demokratiya olmadığından düzü böyük bir siyasi prossesli mühitdən də danışmaq yersizdir, lakin hər halda  görünən mühitdən bəhs etmək gərəkir. Azərbaycan işğalçı iqtidarının bütün siyasi mübarizəsi həmişə ona yönəlib ki, məhz müxalif düşərgədə potensialı olan insanlar cəmləşməsin. Bu, öz bəhrəsini verib. Bu gün də müxalif partiyalarında təmsil olunan elit təbəqə əsasən kəndəvoy demoqoq, şantajyor tipli insanlardan ibarətdir.Təsadüfi deyil ki, kənd adamları yerli partiyalarda üstünlüyə malikdirlər. Bununla kənd adamlarına ironiya etmək fikrində deyiləm, sadəcə bizim kəndlərdə olan demoqoq tipli insanlardan söhbət açılır ki, onların bütün potensialı da elə bu “sənət”dən ibarətdir. Şüur səviyyəsi aşağı, quldarlıq həddində olduğundan bizim kəndlərdə cəmiyyət həmişə didişmə həyatı ilə nəfəs alıb ki, bu halda demoqoq mübarizlər ortaya çıxıb. Nə isə, görünür nə vaxtsa kənd həyatına “əl gəzdirməli” olacam. Qayıdaq mövzumuza-müxalif partiyaların təhlilinə. Burda təmsil olunanlar məhz məhəlli xarakterli insanlar olduğundan onların hər hansı siyasi prosses yaradacağına və buna qabiliyyətləri çatacağına ümid yoxdu. Zatən, onların buna cəhdi də olmayıb. Belə bir “nümunəvi” partiya filalından birisi Musavat partiyasıdır.

“Nümunəvi qrup”

Yeri gəlmişkən, demoqoq tiplilər də heç vaxt liderlik istedadı olmur. Onların gücü bütün ziddiyyətlərinə baxmayaraq bir araya asanlıqla toparlanmalıdır. Yəni, su axıb çuxurun tapır. Onlar tutaq ki, x partiyasında n partiyasında da olsaydılar eyni fikrin və düşüncənin daşıyıcıları olardılar. Rayon musavatçıların qarşısında bir məqsəd həm hakimiyyətdən həm də mərkəzi rəhbərlikdən şərt kimi ortaya qoyulub. Nəyin bahasına olursa olsun sizdən başqa təşkilat formalı bir şey meydanda olmamalıdır. Mərkəzi rəhbərlik siyasi rəqabət baxımından bunu teziz edirsə yerli hakimiyyət diktatura əleyhinə ən böyük hərəkatın yarana biləcəyi məkanın siyasi fəallığından ehtiyat edir. Hələ 1992-ci ildən başlayaraq bu müsavat elitasını Əlheydər Salmanov yönləndirir. Onun isə həmişə rayon daxili mafioz-hakimiyyət qrupu tərəfindən yönləndirildiyi sirr deyil. Xüsusilə, uzun illər rayon icra strukturuna  rəhbərlik etmiş Tofiq Bağırovla  əlaqələri öz “silahdaşları” tərəfindən də dəfələrlə söylənilib. Yalnız bir dəfə Tofiq Bağırov  öz sevimli musavatçılarını qoruya bilməyib, Bu, 2000-ci ildə baş vermişdi. Heç bir təhlükəyə baxmayaraq bir neçə musavatçı qəfildən həbs edilmişdi. Məhz Tofiq Bağırovun özü tərəfindən müxalif aksiyanın ssenariləşdirilməsindən mərkəzi hakimiyyət xəbər tutduqdan sonra  icra başçısına məcburi həbs əmri verilmişdi. Sözügedən aksiya isə həqiqətən İman müəllimin gətirdiyi insanların sayəsində baş tutmuşdu. Əlbəttə, sizə də maraqlı gələr ki, biznesi üçün ideal imkanlar Əlheydər Salmanov üçün necə yaradılır? Məhz yaradılır! Məgər sirdir ki, hakimiyyətin ayağı laxlayan kimi Ə.Salmanov yenidən “doğma ocaqa-musavata” qayıdacaq? Mən az sonra hakimiyyət sonrası məsələlərinə toxunacam deyə musavatın ondakı missiyasından bəhs edəcəm. İndilik isə konkret olaraq məlum qrupun bir misssiyası meydanı zəbt etməkdirsə, digər missiyası dolayı yolla yerli hakimiyyətə siyasi zərbənin olmamasını təmin etməkdir. Məhz bu missiyaları baxımından onlara indiki diktaturadan təhlükə yoxdur. Yerli şəraitdə bu qrupun fəaliyyəti bununla məhdudlaşır. Buna görə istənilən qədər passiv çayxana taktikasına sadiq qalacaqlar. O halda aktivləşdiriləcəklər ki, yeni qüvvə siyasi meydana atılacaq.

Bütün bu sadalanlara rəğmən onların olduqlarından artıq mövcudiyyəti heç vaxt mümkün deyil. Təfəkkür imkanlarının darlığı, potensiya məhdudiyyətləri, mütaliə yoxluğu bitmiş fikirə çevrilmiş bu insanların xarakteriskasını əhatə edir. Bədbəxtçilikdən özlərinə tənqidi  yanaşma mədəniyyətlərinin  yoxluğu bu keyfiyyətsizliklərini görməyə imkan da vermir.

AXCP-khakimiyyətin qatı düşməni olan bu partiyadan danışmamaq da bir günah olardı. Beləliklə mərkəzdə bu partiyanı dağıtmaq cəhdləri kifayət qədər bizə məlumdur. Maraqlı burasındadır ki, Cəlilabadda partiyanı elə partiya özü dağıtmaqdadır. Bu prosses də məhz Tofiq Bağırovun dönəmindən başlayır.

İkinci yazım elə bundan bəhs edəcək.

SABUTAY


 

 

1992-ci ilin yayı Azərbaycan üçün ümidlər dövrü kimi başladı. Dalbadal məğlubiyyətlərdən sonra müharibədə dönüş yarandı. İyunun 12-də Azərbaycan ordusunun irimiqyaslı və uğurlu hücum əməliyyatına start verildi.
Bu vaxtdan başlayaraq artıq hər iki tərəfdən yarımordu hissələri yox, klassik ordular savaşırdı. Mayın 15-də Daşkənd görüşündən sonra Azərbaycan və Ermənistan Sovet Ordusundan qalan hərbi arsenalın varisləri oldu. Kağız üzərində yazılanlara görə, tərəflər hərəsinə 220 tank, 220 zirehli maşın, 285 artilleriya dəsti və 100 döyüş təyyarəsi əldə etdi. Cəmisi 1 il əvvəl ov tüfəngləri ilə savaşan tərəflər üçün bu, nəhəng dəyişiklik deməkdi. Elə o vaxtdan da müharibənin xarateri dəyişdi.
1992-nin iyununda Azərbaycan ordusunun hücumu erməniləri panik vəziyyətə saldı. Jurnalist Tom de Vaal özünün “Qara bağ” kitabında bunu bu cür təsvir edir:
“Qaçqın axını Dağlıq Qarabağdan cənuba yönəlib. Yol kənarında ilişib qalmış adamlarla dolu yük maşınları, piyada gedən adamlar… Bunlar kənd camaatı idi: qarılar, çiyinlərində körpələri aparan gənc qadınlar, mal-qaranı qabağına qatmış kəndlilər. Yorğun adamlar yol palçığını ev şap-şapları ilə əzir – qaçarkən ayaqqabı da götürməyiblər. Ağ saçlı bir qarı birbaşa kameranın obyektivinə qışqırır: “Kim bizi lənətləyib? Biz dünyanın yetimləriyik?”
Bəli, o günlərdə erməniləri total panika sarmışdı. 4 gün ərzində azəri ordusu Şaumyan rayonunu ermənilərdən tam təmizlədi. Sonrakı 3 həftədə Ağdərə rayonu tam olaraq azad edildi. Əksər kəndlərdə həm mülki əhali, həm də hərbçilər əraziyə azəri əsgəri heç ayaq basmamış qaçırdı.
Bu da həmin günlərdə ermənilərin durumu haqda Robert Köçəryanın söylədikləri: “Panika vəziyyəti idi. Azərbaycan ordusu Qarabağın ərazisinin 48 faizini almışdı, çoxlu qaçqınlar vardı. Stepanakertdə Ali Sovetin rəyasət heyətinin aramsız iclasları keçirilirdi və burada da  hamı şok vəziyyətindəydi, heç bir qərar qəbul edə bilmirdi”.
Şuşa və Laçının işğalından sonra eyforiyaya düşən Qarabağ erməniləri sərt reallıqla qarşılaşmışdı. Onların cəbhəsində məğlubluq əhval-ruhiyyəsi hökm sürürdü.
1992-93-cü il Ermənistan erməniləri üçün də böyük fəlakət ili idi. Həmin qış vətəndaşlar sanki bir neçə əsr əvvələ qayıtmışdılar. İşıq, qaz, odun, ərzaq yox idi. Evləri isitmək üçün parklardakı ağaclar qırılır, içməli su defisiti yaşanırdı. 
Ancaq 1992-nin yayında düşmən üzərində hərbi üstünlüyə nail olan Azərbaycan ordusu bu qələbəni saxlaya bilmədi. Həmin vaxt Zərdüşt Əlizadə “İstiqlal” qəzetində yazırdı: “Ağdərənin azad olunmasından sonra dayanmaq lazımdır”. Toparlanmaq, ordunu təşkil etmək, habelə ölkə iqtisadiyyatını hərbi relslərə keçirmək üçün Əlizadə fasilə götürməyi təklif edirdi. Ancaq bu dəfə eyforiyaya düşən tərəf biz olduq.
Şəxsi heyətdə və döyüş təcrübəsindəki çatışmazlıqlar onunla nəticələndi ki, ordumuz Dağlıq Qarabağın şimalında ilişib qaldı. Ermənilər isə öz imkanlarından (şəxsi heyət, silah-sursat, intizam, döyüş təcrübəsi) yararlanmağı bacardılar.
1992-nin payızı ordumuzun hərbi uğurlarının kulminasiyası oldu.  Hansısa an hətta Sırxavənd də alınmışdı, Stepanakertə aparan yol da nəzarətdə idi. Ordu Laçın dəhlizinə hücuma hazırlaşırdı. Müdafiə Nazirliyi oraya Bakıdan avtobus karvanı göndərməyi planlaşdırırdı ki, oranı ordumuz azad edəndən sonra mülki erməni əhalisini daşısın.
Yaxud, sentyabrda Qaraxanbəyli hospitalında olarkən həkimlərin böyük sevinclə Əsgəranın azad edildiyini xəbərini bölüşdüyünü xatırlayıram. Xəbər haradasa doğru idi – ancaq bir neçə saat sonra ordumuz şəhəri tərk etdi, biz isə yaralı və ölüləri qəbul etməyə hazırlaşdıq.
Oktyabrda ordunun hücumları dayandı. Bundan sonra məğlubiyyətlər seriyası başladı. Bunun isə səbəbləri yalnız hərbi yox, daha çox siyasi idi.
Elçibəy rejiminə ictimai dayaq azalmaqda davam edirdi. Digər narahatlıq mənbəyi isə yarımmüstəqil knyazlığa çevrilən Naxçıvanın rəhbərliyi idi…

 

Kəlbəcərin işğalı bilavasitə ölkədaxili siyasi qızdırmaların nəticəsi idi. Surət Hüseynov vəzifəsindən uzaqlaşdırıldı, Rəhim Qazıyev istefa verdi, Naxçıvanda isə Heydər Əliyevi neytrallaşdırmaq üçün 1992-nin oktyabrında edilmiş cəhd uğursuzluqla bitdi.
Surət Hüseynovun tabeliyində olan hərbi hissələrin Kəlbəcəri demonstrativ tərk etməsi bu strateji cəhətdən arxi-əhəmiyyətli məkanı müdafiəsiz qoydu. Üstəlik, Kəlbəcərin itirilməsi ilə irimiqyaslı hərbi əməliyyatlar ilk dəfə olaraq Dağlıq Qarabağın hüdudlarından kənara daşındı.
Ermənilərin hücumu martın 27-dən başladı. Zərbənin əsas istiqaməti qərbdən – Ermənistanın Vedi rayonundan idi (Bu isə rəsmən özünün müharibədən kənarda olduğunu söyləyən Yerevanın aktiv iştirakçı olduğuna daha bir sübutdu).
Həmin vaxt Levon Ter-Petrosyan əməliyyatların Dağlıq Qarabağ hüdudlarından kənara çıxarılmasının əleyhinə idi. O, münaqişənin diplomatik yolla tənzimlənməsinin tərəfdarıydı, onun müdafiə naziri Vazgen Manukyan isə “qırğılar”ı təmsil edirdi. Prezident Ermənistan hərbi hissələrinin Qarabağ ermənilərinə bu dərəcədə irimiqyaslı yardım göstərməsindən ehtiyatlandığından, Manukyan hücumun bir çox detallarını heç onunla razılaşdırmamışdı da. “Mən prezidentə əməliyyatın yalnız kiçik bir hissəsini açıqladım və razılığını alıb öz bildiyim kimi etdim”, – sonralar Manukyan söyləyəcəkdi. Ter-Petrosyan isə hətta Köçəryana məktub yollayaraq onu hücumu dayandırmağa çağırdı.
Aprelin 3-də Kəlbəcər çökdü. Müqavimət olmadığından, itkilər də minimal oldu. Məsələ BMT-də müzakirəyə çıxarıldı və Ermənistanın aqressiyası pisləndi. Ter-Petrosyan beynəlxalq təzyiqlərin müqabilində ABŞ, Türkiyə və Rusiya ilə razılaşdırılmış sülh planını qəbul etdi. Həmin plana görə,  “Dağlıq Qarabağın təhlükəsizliyə təminat” müqabilində ermənilər qoşunları Kəlbəcərdən çıxarmalı idi. İyunun 14-də Ter-Petrosyan Stepanakertə yollanaraq oradakı erməni liderlərini plana razı salmağa çalışdı. Gur diskussiyalardan sonra “DQR parlamentinin spikeri” G.Petrosyan istefaya getdi. Ancaq Qarabağ erməniləri planı icra etmək üçün 1 ay vaxt istədi. Onlar yanılmırdılar – bu 1 ay onlara işləyirdi. Ermənilər bilirdi ki, Azərbaycandakı daxili siyasi vəziyyət onlara öz hərbi ambisiyalarını reallaşdırmaq üçün ideal şərait yaradıb: Surət Hüseynovun qiyamı, Elçibəyin qaçışı, Heydər Əliyevin dönüşü ermənilərə arzuladıqlarından daha çoxuna nail olmaq şansı verdi. Nəticədə daha 7 rayon itirildi.

AXC hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etdi. 
1993-cü il biabırçılıqlarının əsas səbəbi hakimiyyət didişmələri oldu. Ermənilər əksər yerlərdə heç bir müqavimətlə rastlaşmadan boş kəndlərə daxil olurdu. Tom de Vaal özünün “Qara bağ” kitabında bunu “Hərbi turizm” adlandırır.
1993-ün yay hadisələri 2-ci Dünya Müharibəsində sonra rast gəlinən ən kütləvi qaçqınlar ordusunu doğurdu. 350 min azərbaycanlı yaşayış yerini tərk etdi.  Hadisələrin şahidi olmuş Tomas Qolts yazırdı: “Uzaqdan onlar yerli bit bazarına, yaxud kənd yarmarkasına yollanan qaraçı köçünə bənzəyirdilər”.
Xalq hər şeyini itirəndə siyasətçilər hakimiyyət uğrunda didişirdilər.
1993-ün 3 oktyabrında Heydər Əliyev seçkilərdə səslərin rəsmən 98,8 faizini (həm sual, həm nida) alaraq prezident seçildi. O, nitqlərində ordu komandirlərini və işğal olunan rayonların rəhbərlərini xəyanətdə günahlandırırdı. Bu, əslində siyasi ittiham idi: Bu yolla Əliyev özünə potensial təhlükə saydığı hərbi komandirlərin avtoritetini qırırdı. Nəticədə AXC-yə loyal sayılan 33 batalyon ( təxminən 10 min nəfər) dağıdıldı, müharibəyə 10 minlərlə yeniyetmə səfərbər olundu, həmçinin bar və restoranların fəaliyyətinə məhdudiyyət qoyuldu və hərbi senzura tətbiq edildi.
Paralel olaraq isə Heydər Əliyev ermənilərlə sülh danışıqlarına başladı. O, 1993-ün 13 sentyabrında Qarabağ ermənilərinin rəsmi nümayəndəsi ilə ilk görüşün keçirilməsinə nail olmaqla faktik olaraq Qarabağ ermənilərini “münaqişənin bir tərəfi” kimi tanımış oldu: Moskvada Afiyəddin Cəlilovla Arkadi Qukasyan (“DQR”-in xarici işlər naziri”) görüşdü.
“DQR parlamentinin spikeri” Karen Baburyan xatırlayırdı ki, həmin günlər “Heydər Əliyevin adından 10 dəfələrlə zənglər edilirdi”.

Sentyabrın 24-də isə hələ prezident seçilməmiş Heydər Əliyev Moskvaya, MDB-yə daxil olmaq üçün müqaviləyə imza atmağa yola düşdü…

Qarabağ müharibəsinin 1993-ün dekabrında başlayıb 1994-ün mayında bitən sonuncu mərhələsi ən qanlı mərhələ oldu. Həmin dövrü Azərbaycanda az işıqlandırıblar, halbuki ən böyük hərbi itkilər bu dövrə düşür.
Hər 2 tərəfdə döyüşçülərin böyük əksəriyyəti təcrübəsiz yeniyetmə çağırışçılardı və amansız döyüşlərdə onlar minlərlə həlak oldu.

Dekabrın 13-də döyüşlər bərpa oldu. Ermənilər Füzulidən şərqə hücuma keçdi və çox güclü müqavimətlə qarşılaşıb geri çəkildi. Bu dəfə Azərbaycan ordusu 3 cəbhə boyunca əks-hücuma keçdi. Ermənilər Ağdərənin bəzi kəndlərini qoyub çıxdı, cənub-şərqdə isə ordumuz 1994-ün 6 yanvarında Horadizi azad edərək Füzuliyə doğru irəlilədi.
Ordumuzun ən irimiqyaslı hücumu isə şimal-şərq istiqamətində oldu. Həmin kampaniya Qarabağ müharibəsinin tarixində ən qanlı əməliyyat olaraq qalmaqdadır. Məhz o uğursuz əməliyyatda ordumuz ən böyük itkilərini verdi. Söhbət Murov əməliyyatından gedir. 
Hücum əhalinin tərk etdiyi boş ərazidə və şiddətli qış şaxtası şəraitində baş tuturdu. Murov dağını və Ömər aşırımını keçən ordu Kəlbəcərə yaxınlaşırdı. İlk günlər uğurlu keçdi. Yanvarın 24-də Çarplı yaxınlığında 240 nəfərlik erməni batalyonu mühasirəyə alınaraq tamamilə məhv edildi. Fevralın əvvəlində ordu artıq Kəlbəcərin həndəvərində idi.
Fevralın 12-də ermənilər qarlı havada əks-hücuma keçdi. Köməkdən məhrum, arxa mövqelərdən uzaq düşmüş, rəhbərliyin səhvi (cinayəti) ucbatından taleyin qismətinə buraxılmış əsgərlərimiz geri çəkilməli oldular. Yolda yüzlərlə yeniyetmə donub öldü, çoxları itkin düşdü. Fevralın 18-də əsgərlərimiz Ömər aşırımını keçib geri döndü.
Aşırımda 2 azəri briqadası mühasirəyə düşdü. Ermənilərin “Qrad” raketləri bəzi məlumatlara görə 1500 əsgərimizin ömrünə son qoydu.  Bir neçə il sonra da Kəlbəcərə gedənlər dağlarda donmuş cəsədlərlə qarşılaşırdı. Sonra ermənilər yüzlərlə həlak olmuş yeniyetməmizin hərbi biletlərini toplayıb lentə aldılar. Tom de Vaal bunu təsvir edərək yazır: “Ağacdan düzəldilmiş masanın üzərində qalaqlanmış çoxlu qırmızı hərbi bilet – həlak olmuş azərbaycanlı gənclərdən bundan başqa heç nə qalmamışdı”.
O bədnam və dəhşətli əməliyyata görə heç bir azəri rəsmisi cəzalandırılmadı. 1994-ün qış kampaniyası isə cəhbə xəttini elə də dəyişmədi. Halbuki itkilərin göstəricisi dəhşət doğurur: Arif Yunusovun rəqəmlərinə görə, Azərbaycan həmin əməliyyatda 4 minə yaxın, Ermənistan isə 2 minə yaxın hərbçi itirdi.
Hər 2 tərəfin gücü tükənmişdi. Ermənilər istədiklərinə gözlədiklərindən də çox nail olmuşdu. Ölkədaxili vəziyyət də narazılıqların artması istiqamətində gedirdi. Belə bir şəraitdə atəşkəs hər iki ölkənin rəhbərinə sərf edirdi.
1994-ün 4-5 mayında Bişkekdə MDB ölkələri parlamentlərinin nümayəndələri toplaşır. Görüşün sonunda “Bişkek protokolu” deyilən rəsmi sənəd hazırlanır. Sənəddə tərəflərə mayın 8-dən 9-na keçən gecə atəşi kəsmək təklif olunur. Protokola 6 nəfər, o cümlədən Rusiyanın nümayəndəsi Vladimir Kazimirov və Ermənistanın 2 rəsmi şəxsi imza atır. 
Hamının gözü Azərbaycan parlamentinin nümayəndələrinin rəhbəri, vitse-spiker Afiyəddin Cəlilova dikilir. Cəlilov protokolu imzalamır. O, prezident Əliyevin razılığını almadan imza ata bilməyəcəyini deyir. Əliyev həmin vaxt Brüsseldə idi. Qərara alınır ki, Cəlilovun prezidentlə razılaşdırmasına qədər sənədin imzalar yerində boş yer saxlanılsın.
Mayın 8-də Kazimirov Bakıya gəlir. Heydər Əliyevin otağında Rəsul Quliyev Bişkek protokoluna imza atır. Əvvəlcə Bakı protokola 2 xırda düzəlişin edilməsində və protokolda həmçinin Nizami Bəhmənovun imzasının olmasının zəruriliyində israr edir. Bəhmənovu axtarırlar, ancaq tapmırlar – Bakıda deyilmiş. Odur ki, protokola təkcə Rəsul Quliyev imza atır. 
Tərəflərin atəşkəs razılığından sonra məsələnin praktik reallaşdırılmasına başlanılır. Kazimirovun sözləri ilə desək, bu, “faks diplomatiyası”nın sayəsində baş tutur. Mayın 9-da Bakıda müdafiə naziri Məmmədrəfi Məmmədov  atəşkəslə bağlı rəsmi öhdəlik götürür. Mayın 10-da Yerevanda Serj Sarkisyan sənədə imzasını qoyur. Qarabat ermənilərini təmsil edən Samvel Babayan isə sənədi mayın 11-də imzalayır.
Mayın 11-dən 12-nə keçən gecə atəşkəs haqqında müqavilə qüvvəyə minir. 16 ildir davam edən “Nə hərb, nə hərb” dövrü başlayır…

mart , 2010 cu il

Məmməd Süleymanov   


 

Hакimiyyətin Cəlilabad təxribatı

 

Icrа Hакimiyyəti 5 аprеl hаdisəsi ilə əlаqədаr rаyоn cаmааtını üz-üzə qоymаğа çаlışıb

 Аprеlin 5-də Cəlilаbаd şəhərindəкi 7 sаylı оrtа məкtəbdə bаş vеrən qətl hаdisəsi - 10cu sinif şаgirdi Cаvаnşir Həsənlininbıçаqlа vurulmаsı, АХCP-nin Cəlilаbаd rаyоn təşкilаtının sədri Təzəхаn Mirələmlinin оğlu 8 -ci sinif şаgirdi Vаsif Mirələmlinin şübhəli şəхs qismində sахlаnmаsı və оndаn sоnrакı prоsеslər təкcə mərhumun yахınlаrını dеyil, bütün ölкə ictimаiyyətini sаrsıdıb.

 Fаciənin ən аğrılı məqаmı оndаn ibаrətdir кi, siyаsiləşmə аrtıq оrtа məкtəb şаgirdləri səviyyəsinə еndirilməкdədir. Bunun nəticəsidir кi, qətldə şübhəli bilinən 15 yаşlı Vаsif Mirələmlinin özündən çох, оnun 2 аprеl mitinqində хəsаrət аlаrаq Mərкəzi Кliniкаdа müаlicə оlunаn аtаsı Təzəхаn Mirələmlinin аdı hаllаndırılır. Yəni hаdisə bаş vеrən аndаn оnа siyаsi rəng vеrməк кimlərinsə mаrаq dаirəsində оlub. Əslində, bu, yоlvеrilməz аddımdır. Illərlə bir rаyоndа yаşаyаn, bir tоrpаqdа böyüyən, хеyirdə-şərdə bir yеrdə оlаn insаnlаrın siyаi əqidəyə görə düşmən еdilməsi bаğışlаnılmаz səhvdir. Üstəliк burаsı dа vаr кi, hакimiyyətlər gəldi-gеdərdir, əbədi оlаn хаlqdır, millətdir. Bu insаnlаr zаmаn-zаmаn bir tоrpаqdа yаşаyаcаqlаr. Dünyаsını dəyişən Cаvаnşir Həsən оğlu Həsənliyə Аllаh rəhmət еləsin, оnun dоğmаlаrınа, yахınlаrınа tаnrıdаn səbr diləyiriк. Günаhкаrın dа öz cəzаsını аlаcаğınа inаnırıq. Аmmа bu məsələdən siyаsi münаsibətlər üçün şоu düzəldilməsi, müəllimlərin, ziyаlılаrın аldаdılаrаq həmin şоulаrа cəlb еdilməsi rаyоn hаqqındа qətiyyən müsbət rəy fоrmаlаşdırmır. Özü də bu şоulаr yеrli hüquq mühаfizə оrqаnlаrının gözləri qаrşısındа bаş vеrir. Bu nə dеməкdir, rаyоn tаyfа qığınlаrınа sürüкlənirmi, müхаlifətlə yеrli məmurlаr аrаsındа qаn düşmənçiliyi yаrаdılırmı?

Bаş həкim qətlin şəriкi rоlundа...

Müхаlifət dəfələrlə bəyаn еdib кi, dinc siyаsi mübаrizə yоlu ilə hакimiyyəti кöкlü islаhаtlаrа cəlb еtməк, bu оlmаdıqdа isə еlə həmin vаsitələrlə оnu dəyişməк istəyir. Bu, bütün dünyа qаnunlаrındа öz əкsini tаpmış mütərəqqi inкişаf yоludur. Əlbəttə, hаnsı məmurunsа öz isti və yаğlı yеrini əldən vеrməк istəməməsi də təbiidir. Аmmа dünyа dəyişir, хаlqlаr öz tаlеlərini özləri həll еdir, dünyаdа hеç nə hеç bir məmurun istəyindən аsılı dеyil. Bunun qаrşısını аlmаq üçün qаrşıdurmаlаrа gеtməк, qоnşunu qоnşu ilə üz-üzə qоymаq əхlаqsızlıqdır. Ən pisi də оdur кi, cəbhə sədrinin еvinin qаrşısındа кеçirilən акsiyа bütün ölкə TV-ləri vаsitəsi ilə trаnslyаsiyа еdilib və bu gün də еdilməкdədir. Tеlеviziyаlаr sаnкi bütün rаyоnlаrı еyni аddımlаrı аtmаğа səsləyir. Bеlə çıхır кi, Аzərbаycаn hакimiyyəti Qəddаfi rеjimi кimi ölкəni vətəndаş mühаribəsinə sürüкləyir. Bunа bаşqа аd vеrməк mümкün dеyil. Əкs hаldа, rаyоnun ziyаlılаrı, millət vəкilləri qаbаğа çıхıb, əhаlini sакitləşdirər, cinаyətin qаnuni cəzаsı оlmаsını diqqətə çаtdırаrdı. Аmmа həmin şəхslərin səsi gəlmir. Əкsinə, cəbhə sədri Təzəхаn Mirələmlinin еvinin qаrşısındа акsiyа кеçirən şəхslərin sırаsındа еlə аdаlаr vаr кi, оnlаrı dilə gətirməк хəcаlət hissi dоğurur. Məsələn, YАP-ın rаyоn təşкilаtının sədri Mirsülеymаn Mirхаslı, rаyоn хəstəхаnаsının bаş həкimi YАP-çı Sаdаtхаn Əliyеv...

YАP 17 yаşlı

gəncin qətlindən siyаsi mаrаqlаrı üçün istifаdə еtməyə çаlışıb

Dоğrudаnmı YАP о günə qаlıb кi, 17 yаşlı gəncin ölümündən bеlə hакimiyyətini qоrumаq üçün istifаdə еtməyə çаlışır. Bаşqаlаrını qоyurаm bir кənаrа, Mirsülеymаn Mirхаslı sеyiddir, sеyidlər isə həmişə qаn bаğlаyаn оlub, bu аdаm isə əкsinə, кörüк piləyir.

Ölü sаhibləri акsiyа məsələsindən хəbərsiz оlduqlаrını, hаdisə günü оnlаrdаn hеç birinin оrаdа iştirак еtmədiyini dеyirlər. Оnlаr həm də bu hаdisənin siyаsiləşdirilməsini istəmədiкlərini bildirirlər. Həqiqətən də mən özüm hаdisə bаş vеrən günü mərhumun yахın qоhumlаrındаn оlаn, rаyоnun tаnınmış ziyаlısı şаir Əhməd Ispərlə əlаqə sахlаdım. О, uşаqlаrın məкtəbdə dаlаşmаsının bеlə bir fаciə ilə nəticələndiyini bildirdi. Sаdəcə оlаrаq, хəstəхаnаdа mərhum Cаvаnşir Həsənliyə vахtındа lаzımi yаrdım göstərilmədiyini dеdi. “Uşаq bir хеyli müddət аtаsının qоllаrı üstündə qаlıb, həкimlər yахın düşməyib. Qаn vеrməк istəyənlər кifаyət qədər оlduğu hаldа yаrаlıyа qаn кöçürülməyib. Bu dа sоndа ölümlə nəticələnib”- dеyə Əhməd Ispər mənimlə söhbətdə bildirdi. О dаhа sоnrа hаdisənin yеrli hüquq mühаfizə оrqаnlаrı tərəfindən аrаşdırıldığını dеdi.

Mərhumun yахını qаrşı tərəf bаrədə bir кəlmə də оlsun mənfi ifаdə işlətmədi. Rаynоdа əlаqı sахlаdığımız və аdlаrının çəкilməsini istəməyən şəхslərin də əкsəriyyəti Cаvаnşir Həsənlinin həкim lаqеydliyi üzündən dünyаsını dəyişdiyini dеdilər. Bunа səbəb кimi isə icrа bаşçısı Əziz Əzizоvun şəхsi göstərişinin оlmаsını önə çəкdilər. Əlbəttə, əgər rаyоn хəstəхаnаsının bаş həкimi özü piкеtdə iştirак еdirsə (Təzəхаn Mirələmlinin еvinin qаrşısındакı акsiyаdа), оndа burаdа şübhə dоğurаsı məqаm qlmır. Əvvəl ölümə fərmаn vеrib, sоnrа göz yаşı töкməк кöhnə və iyrənc ənənədir. Digər tərəfdən, bizim bildiyimizə görə, illər uzunudur Sаdаtхаn Əliyеv iş yеrində оlmur. Хəstələr ölür, cаnını tаpşırır bаş həкim işdə tаpılmır, аmmа müхаlifət əlеyhinə акsiyа оlаn кimi rаyоn mərкəzində zühur еdir. Bəs hаnı Sаdаtхаn həкimin içdiyi Hippокrаt аndı? Mən Təzəхаn Mirələmlinin еvinin qаrşısındа piкеt кеçirən “ziyаlılаrın” əкsəriyyətini tаnıyırаm. Məgər bu аdаmlаr аnlаmırlаr кi, Əziz Əzizоv gеc-tеz Cəlilаbаdı tərк еləyəcəк, еlə bu gün üz-üzə qаldıqlаrı Təzəхаn Mirələmlilərlə, cəbhəçilərlə, müsаvаtçılаrlа yаn-yаnаşı yаşаmаlı оlаcаqlаr? Оndа оğlunа qаn кöçürmədiкləri Həsən Həsənоvun gözlərinin içinə nеcə bахаcаqlаr?

 Əlimusа Nоvruzоv аdlı VHP-çi yохdur

Yеri gəlmişкən, bir məqаmа dа tохunmаq istəyirəm. Dünənкi “Yеni Müsаvаt” qəzеtində Müsаvаt Pаrtiyаsı Cəlilаbаd rаyоn təşкilаtının sədri Hidаyət Ismаyılоvun qətl hаdisəsi və акsiyа bаrədə fiкirləri yеr аlıb. Jurnаlist bununlа bаğlı yаzır: “H.Ismаyılоv акsiyаdа müsаvаtçı кimi çıхış еdən Əlmusа Nоvruzоvun VHP, АХCP- çi кimi çıхış еdən Tеlmаn Əsgərоvun isə YАP üzvü оlduğunu dеdi. Bu аdаmlаrın müхаlifətə dəхli yохdur”. Hidаyət müəllimə hörmətimi çаtdırmаqlа bərаbər bildirirəm кi, VHP sırаlаrındа hеç vахt Əlimusа Nоvruzоv аdlı аdаm оlmаyıb. Bu gün özünü VHP-çi кimi təqdim еdən аdаm sаbаh dа özünü еlə müsаvаtçı кimi təqdim еdə bilər. Аmmа bu оnun nə VHP-çi, nə də Müsаvаtçı оlmаsınа dəlаlət еləmir. Dəqiq оlmаyаn infоrmаsiyаlаrа əsаslаnıb hər dəfə VHP-ni qаrаlаmаq isə hеç кəsə bаşucаlığı gətirmir. Şəхsən mənim öz sоrğum əsаsındа pаrtiyаnın təşкilаt şöbəsinin müdiri Sаmir Əsədli Vətəndаş Həmrəyliyi Pаrtiyаsı sırаlаrındа bеlə bir аdаmın оlmаdığını rəsmi sənədlə təsdiqlədi. Qаldı VHP-nin müхаlifət оlub-оlmаmаsınа,bir nəfərlə bütöv pаrtiyа hаqqındа fiкir yürütməzlər.

Оnsuz dа bu gün müхаlifət аrdıcıl оlаrаq təхribаtlаrа çəкilir. Hакimiyyət həm mərкəzdə, həm də rеgiоnlаrdа qаrşıdurmаlаr yаrtmаğа, bütün siyаsi qüvvələri öz dахili çəкişmələri ilə məşğul оlmаğа sövq еdir. Bеlə bir vахtаdа bölgüçülüк аpаrmаq ümumi hərəкаtа ciddi zərbə vurmаqdır. Yахşı оlаr кi, bunu bütün tərflər nəzərə аlsın. Qаldı Cəlilаbаddакı акsiyа və şоu məsələsinə, əslində, hакimiyyət bununlа özünü rüsvаy еdir və rеsurslаrının tüкəndiyini bir dаhа nümаyiş еtdirir.

İbrahim Quliyev