SƏSİN və ÖZÜN


Dövlət pulundan əzik asfalt

06/12/2011 22:24

 

Bir neçə gün əvvəl Cəlilabad rayonun mərkəzi küçələrinən olubda asfalt üzünə 20 il həsrət bir bərbad küçənin üzünə axır ki, gün doğdu. 28 may adlanan küçənin üzünə bu gün qışın şaxtasında doğsada sakinlər buna da şükür deyib asfatlama prossesinə tamaşaya çıxdı. Amma prosesi ani nəzərdən keçirmək kifayət edərdi ki, korrupsiya və gözə kül üfürmənin iyi burnuna dolsun. Küçənin əvvəlində yaşayan bir neçə imkanlının qapılarının ağzını da necə lazımdırsa asfaltlayan bəradərlər bir günlərini onlara sərf edib həqiqətən keyfiyyətli iş ortaya qoydu. Təsəvvür edin ki, asfalt kasıb təbəqəyə sarı uzandıqca həm qalınlıq həm də standartlara uyğun döşənmə cəhətdən tam surətdə korrupsiyalaşmağa başladı. Üstəlik, qapılar ağzına asfaltı çatdırmaq üçün  sakinlərdən 5 və ya 10 manat xələt istəyini “Asfaltzavod”un adını demədən küçədən qaçmış müavini açıqca dilə gətirdi. Şəxsən mən bu dırnaqarası mütəxisisdən bu ayrı-seçkiliyin səbəbini, eyni zamanda axarlar olmadığından asfaltın tezliklə dağılacağını düşünüb düşünmədiyini soruşanda  müəllim coşdu nə coşdu. Onun dediyinindən belə məlum oldu ki, yerli hakimiyyət asfaltın pulunu bir balaca yediyindən məsələ belə alınıb. Onu da əlavə etdi ki, düz deyirsən, amma başımı ağrıtma, onsuzda bu küçədən bir qəpik qazana bilməmişəm, qanım qaradır, asfaltın dağılmaması üçün hər ev iki paçka sment alıb yola səpsin” və bu kimi absurd cümlələr. Cavabım “mənə nə var, mən sizdən keyfiyyətli iş tələb edirəm, dövlətin pulunu qanın qaradır deyə məhv etməməlisən ki...” konkretliyində oldu. Müvin müəllim də coşuban bir neçə öz əcdadlarına aid sözlər işlətdi. Yəqin ki, küçənin adamları bir az soyuqqanlıq göstərməsəydi bu şəxsi öz keyfiyyətsiz, koorupsioner rəhbərinin koorupsiyalaşan asfaltının altına qoyub məsələni bir dəfəlik həll edəcəkdilər.  Əlimdəki fotoaparatla  cinayətini çəkdiyimi görən müəllim bayaqkı kişilənməsinin əksinə daban əlli qaçmağa üz qoydu. Təxminən bir saat sonra işin gedişinə baxmağa gələn rayon icra başçısının 1-ci müavini Asif Əzizov da narazılığımızın haqlı olduğunu təsdiq edərək  podratçılardan qayda-qanunla asfalt şəkməyi tələb edib, gösstərişlərini verdi.  Dövlət pulunun asfalt formasında keyfiyyətsiz şəkildə yerə basdırılmasından bəhs etdiyim bu hadisədən hələlik bir neçə gün keçib. 28 may küçəsinin sakinləri hələ də asfaltçıların gəlişini gözləyirlər ki,  işlərinin kəm-kəsirini düzəltsinlər. Sakinlər icra rəhbərliyinin küçəyə diqqətlərini nə qədər təqdir etsələr də bir o qədər də bu işin lazımı səviyyədə icra olunmamasından narazılıqlarını lazımı inistansiyalarda müzakirə edəcəklərini bildirirlər.

Görəsən az müddətə dözəcək belə asfaltlaşma podratçının savadsızlığındanmı, koorupsiya əməliyyatındanmı, özbaşnalıqdanmı, vətəndaşı insan yerinə qoymamaqdanmı, öz tərbiyəsizliklərindənmi baş verir?

28 may küçəsinin sakini

—————

Back